Tıxacda qalması həyatını xilas etdi

Hindistanın qərbində “Air India” şirkətinə məxsus qəzaya uğrayan təyyarənin uçuşuna on dəqiqə gecikən qadın ölümdən xilas olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bhumi Çauhan adlı qadın Əhmədabaddan Londona uçmalı idi.
Lakin qadın tıxac səbəbindən reysə on dəqiqə gecikib.
“Yalnız bu on dəqiqəyə görə mən təyyarəyə minmədim. Bunu izah etməyə söz tapa bilmirəm”, - Çauhan deyib.
Qeyd edək ki, Hindistanın Əhmədabad şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 317-yə çatıb.
"Cebheinfo.az"