Ramil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib

Ramil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.

"Cebheinfo.az"ın xəbərinə görə, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb.

Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.

"Cebheinfo.az"