Le Pendən şok açıqlama: “Prezident seçkilərində...”

Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci il prezident seçkilərində partiyanın yeganə namizədi olaraq qalacağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Le Pen "France Inter" radiostansiyasına müsahibəsində qeyd edib ki, o, "Milli Birlik" partiyasının yeganə namizədidir və Apellyasiya Məhkəməsinin birinci instansiyanın yol verdiyi böyük səhvin düzəldəcəyinə ümid edir.
Bununla belə, o, partiyanın hazırki sədri Jordan Bardella barədə də müsbət fikirlər səsləndirib.
Le Pen onun prezident olmaq üçün bütün keyfiyyətlərə malik olduğunu vurğulayıb:
“O, düzgün düşünür, sağlam ideyaları var və mən onun baxışlarını tam bölüşürəm”, - deyə əlavə edib.
Marin Le Pen onu da istisna etməyib ki, əgər Apellyasiya Məhkəməsi onu seçkilərdə iştirak hüququndan məhrum edən hökmü qüvvədə saxlayarsa, bu zaman prezidentlik yarışında onun yerini Jordan Bardella tuta bilər.
“Əgər gözlənilməz bir qərarla Apellyasiya Məhkəməsi mənim namizədliyimi irəli sürməyimə mane olarsa, bu, dünya miqyasında səs-küyə səbəb olacaq və zaman seçki kampaniyasının mərkəzində artıq Bardella olacaq”, - deyə siyasətçi bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"