Ağdaşda usta işlədiyi binadan yıxılaraq ölüb

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan usta yaralı hadisə yerində həyatını itirib.
Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
"Cebheinfo.az"