Bakıda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

15.14

Bakıda Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az"