Ölənlərin sayı 300-ü keçdi

Ölənlərin sayı 300-ü keçdi

Hindistanın Əhmədabad şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 317-yə çatıb.

Bu haqda “The New Indian Express” (NIE) yazıb.

Şəhər polisi Əhmədabaddan Londona uçan qəzaya uğrayan “Boeing 787” təyyarəsinin bütün sərnişinlərinin və 10 ekipaj üzvünün öldüyünü təsdiqləyib.

Qeyd edək ki, daha öncə təyyarədə olan 242 nəfərin hamısının öldüyü bildirilsə də, sonradan 1 sərnişinin sağ qaldığı açıqlanıb.

"Cebheinfo.az"