Təyyarə qəzaya uğrayıb:Yüzlərlə sərnişin...

Təyyarə qəzaya uğrayıb:Yüzlərlə sərnişin...

Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində sərnişin təyyarəsinin hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərəyə uçan sərnişin təyyarəsi Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə səmaya qalxan qara tüstü görünür.

Hindistan mediasında təyyarədəki sərnişinlərin sayı ilə bağlı rəqəmlər fərqli olsa da, "ANI News" 242 sərnişin olduğunu iddia edir.

Təyyarənin qəzaya uğraması anı mobil telefon kameralarına da düşüb.

Digər tərəfdən, təyyarədəki sərnişinlərin sayı və qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"