Naxçıvan televiziyası peyk yayımına başladı - FOTO

Naxçıvan televiziyası peyk yayımına başladı - FOTO

Bu gün Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı - “Mediafest-2025” keçirilir. 

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1” peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar - Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən, digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

​​​​​​"Cebheinfo.az"