Türkiyədə genişmiqyaslı əməliyyat: Saxlanılanlar var

Türkiyədə genişmiqyaslı əməliyyat: Saxlanılanlar var

İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başlatdığı korrupsiya işi üzrə 4 ayrı istintaq çərçivəsində 47 şübhəli barəsində həbs qərarı çıxarıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, qərara uyğun olaraq polis tərəfindən eyni vaxtda həyata keçirilən əməliyyatda aralarında keçmiş CHP millət vəkili Aykut Erdoğdu və Avcılar Bələdiyyə sədri Utku Caner Çaykara da daxil olmaqla 28 şübhəli saxlanılıb.

Araşdırma nəticəsində 3 nəfərin xaricdə olduğu müəyyən edilib, qaçan 13 şübhəlinin tutulması üçün işlər davam edir.

"Cebheinfo.az"