Ucarda qəza olub, yaralılar var - SİYAHI

Ucarda qəza olub, yaralılar var - SİYAHI

Ucarda qəza olub, xəsarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri nisbətən ağır olan S. Allahverdiyev və T. Hüseynov Göyçay xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

“Cebheinfo.az”