Colaninin başı dərddə

“Vaşinqton Post” Suriyanın müvəqqəti prezidenti Məhəmməd Colaninin (Əhməd əl-Şara) xarici islamçı yaraqlıların və radikal qrupların təzyiqi altında çətin siyasi dönüşlə üzləşə biləcəyini və onu hakimiyyətə gətirən bu qrupların müxalif mövqe tuta biləcəyini yazıb.
Buna səbəb onun Qərb ölkələri ilə əməkdaşlığı və şəriət qanunlarını yerinə yetirməməsi göstərilir.
"Cebheinfo.az" xəbər verir ki, qəzet Əhməd əl-Şaranın onun hakimiyyətə gəlməsində mühüm rol oynamış, Bəşər Əsədə qarşı çıxan xarici islamçı qrupların mövcudluğuna görə ciddi siyasi sınaq qarşısında olduğunu yazıb.
Qeyd edilib ki, əvvəllər Suriyanın keçmiş prezidenti Bəşər Əsədi devirən və onu hakimiyyətə gətirən müxalifət indi Colaninin siyasi varlığını təhdid edə bilər. Məqalədə “Heyət Təhrir əl-Şam”ın (HTS) başçılıq etdiyi bir çox islamçı müxalif qrupların İŞİD və digər radikal qruplaşmalar kimi terror təşkilatları ilə əlaqəsi olduğu və bu qrupların Colani üçün "bəla doğurduğu" iddia edilib.
Bu qrupların bəzilərinin mart ayında Suriya sahillərində ələviləri hədəf alan qırğınlarda iştirak etdiyi və yerli Suriya mediasına görə ən azı 1 300 nəfərin öldürüldüyü bildirilib.
Həmçinin Suriyada xristian və druz icmalarının da hakimiyyət dəyişikliyindən sonra qanlı məzhəb zorakılığı ilə üzləşdiyi idiası var.
“Vaşinqton Post” qəzeti indi ən radikal xarici islamçıların qəzəblərini Colaniyə yönəltdiyini iddia edərək, buna səbəb kimi şəriəti göstərib:
“Çünki yeni prezidentin şəriət qanunlarını tətbiq etmir”.
Nigar Hacılı
"Cebheinfo.az"