Rusiya-Ukrayna danışıqları ilə bağlı SON DƏQİQƏ

Rusiya-Ukrayna danışıqları ilə bağlı SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya və Ukrayna heyətləri arasında birbaşa sülh danışıqlarının ikinci raundu keçirilir.

“Cebheinfo.az” bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün bütün dünya mediası bu görüşün inanılmaz dərəcədə çətin olacağını bəyan edirlər.

Xüsusilə sülh danışıqları iyulun 1-də Rusiyaya qarşı terror aktlarının, yəni aerodromlara zərbələrin endirilməsi, dəmiryol relslərinin partladılması fonunda baş verir.

Bildirilir ki, buna baxmayaraq məlum hadisə birbaşa sülh danışıqlarının aparılmasına təsir etməyəcək.

Məhz Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşlərində diplomatlar insan həyatını xilas etməyə və münaqişəyə son qoymağa çalışacaqlar.

Bildirək ki, Ukrayna nümayəndə heyətinin üzvləri bu gün İstanbuldakı danışıqlar üçün Çırağan sarayına hərbi geyimdə gəliblər.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini Oleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini Oleq Luqovski daxildir.

Türkiyə xarici işlər naziri Hakan Fidan tərəfləri atəşi dayandırmağa, əsir mübadiləsi aparmağa, humanitar məsələləri həll etməyə və liderlərin görüşünü keçirməyə çağırıb. İki saat əvvəl Zelenski atəşkəs, əsirlərin mübadiləsi, uşaqların qaytarılması və liderlər səviyyəsində görüş gözlədiyini bildirib.

“Cebheinfo.az”