Türkiyə XİN: Rusiya və Ukrayna arasında danışıqların nəticələri mənfi olmayıb

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar mənfi nəticələr olmadan başa çatıb.
Bu barədə Rusiya KİV-i “Daily Sabah” nəşrinə istinadən məlumat yayıb.
"Görüş başa çatıb. Onun nəticələri mənfi olmayıb", - nəşr Türkiyə XİN-in nümayəndəsi Öncü Keçeliye istinadən bildirib.
Qeyd edək ki, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.
"Cebheinfo.az"