Şahdağa qar yağır

Bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.
Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış, Şahdağa isə qar yağır.
Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.
"Cebheinfo.az"