İtaliyada universitetdə güclü yanğın - VİDEO

İtaliyada universitetdə güclü yanğın - VİDEO

İtaliyanın Viterbo şəhərində Tuscia universitetində güclü yanğın baş verib.

“Qafqazinfo” “L'Unione Sarda” portalına istinadən xəbər verir ki, yanğın universitetin hazırda təmir işləri aparılan kənd təsərrüfatı fakültəsinin dam hissəsində qeydə alınıb. 

Hadisə nəticəsində damda işləyən işçilərdən biri itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir. 

Eyni zamanda, tələbə və müəllimlər universitetdən təxliyə edilib. Yanğının başqa binaya da keçdiyi qeyd olunub. 

Yanğının görüntülərini təqdim edirik:

"Cebheinfo.az"