Azərbaycanda insanlar orqanlarını sata bilərmi?

Azərbaycanda insanlar orqanlarını sata bilərmi?

Son illər bir çox ölkələrdə insan orqanlarından birinin digər şəxsə köçürülməsi halları geniş yayılıb. 

Bunun üçün ya bir vətəndaş könüllü şəkildə öz orqanını ehtiyacı olan yaxın qohumuna bağışlayır, yaxud da bəzi insanlar yazılı surətdə vəfat etdikdə orqanlarının xəstəxanaya bağışlamasını vəsiyyət edir. Ölkəmizdə də son vaxtlar orqan köçürülməsi ilə bağlı bir sıra irəliləyişlər müşahidə edilir.

Ancaq bu, əsasən yaxın qohumlar arasında orqan bağışlanması ilə reallaşır. Vəsiyyət əsasında isə orqan bağışlanması hələ ki, geniş yayılmayıb. Bəzi insanlar isə könüllü şəkildə öz orqanını müəyyən məbləğ müqabilində digər bir şəxsə vermək istəyirlər. 

Ölkəmizdə orqan satışı qanunla mümkündürmü? 

“Cebheinfo.az” xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Könül Rüstəmli danışıb.

O bildirib ki, "İnsan orqanlarının, toxumalarının donorluğu və tranplantasiyası haqqında” Qanunun 32-ci maddəsinə əsasən Azərbaycanda donor orqanlarının alqı-satqısı və reklamı qadağandır. 

Nigar Abdullyeva 
“Cebheinfo.az”