Panama sahillərində güclü zəlzələ baş verib

Panama sahillərində güclü zəlzələ baş verib

Panamanın cənub sahillərində Sakit okeanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 124 min nəfər əhalisi olan David şəhərindən 332 km cənubda, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

"Cebheinfo.az"