216 məhbus həbsxanadan qaçıb - FOTO

Pakistanda zəlzələdə təhlükəsizlik səbəbiylə həbsxananın boşaldılması zamanı xaosdan istifadə edən 216 məhbus qaçıb.
"Cebheinfo.az" xəbər verir ki, Pakistanın Kəraçi şəhərində ayın 2-si gecə saatlarında zəlzələ baş verib. Pakistan hakimiyyəti təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdəki Malir həbsxanasını boşaldıb. Həbsxana rəhbərliyi zəlzələdən sonra yaranan panikadan istifadə edərək 216 məhbusun qaçdığını bildirib.
Təhlükəsizlik qüvvələri qaçan məhbusları yenidən ələ keçirmək üçün səylərini gücləndirilib. Qaçanlardan 80-nin geri gətirilib, lakin 130-dan çoxu hələ də tapılmır.
Həbsxana müdiri Ərşad Şah açıqlamasında bildirib ki, məhbuslar həbsxananın 4-cü və 5-ci kupelərindəki palatalardan evakuasiya aparılarkən qaçıblar:"Hadisə zamanı 6000-dən çox məhbus kameralarının xaricində idi və xaos zamanı onlardan 216-sı qaçmağı bacardı".
Baş müfəttiş Sindh Qulam Nabi Memon və rəsmilər mətbuata açıqlamada bildiriblər ki, azad edilən məhbuslar mühafizəçilərə hücum edib. Hərbi qulluqçular onların qarşısını dəyənəklərlə almağa çalışıblar, lakin müdaxilə yetərli olmayıb və havaya atəş açılıb.
Polisin verdiyi məlumata görə, hadisə zamanı 3 mühafizəçi, 1 həbsxana məmuru yaralanıb və 1 məhbus həlak olub. Polis hələ ki, ölən məhbusun kimliyi ilə bağlı heç bir məlumat paylaşmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"