ABŞ səkkiz hərbi bazadan yeddisini bağlayacaq

ABŞ səkkiz hərbi bazadan yeddisini bağlayacaq

ABŞ Suriyada səkkiz hərbi bazadan yalnız birini saxlamaq niyyətindədir.

Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyənin paytaxtı Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi Tomas Barak bildirib.

O, izah edib ki, ABŞ-nin Suriya ilə bağlı onilliklər ərzində apardığı siyasət nəticə vermədiyi üçün dəyişdiriləcək.

Məlumata görə, ABŞ Suriyadakı 2000 hərbçidən 500-ünü artıq geri çağırıb.

Ötən həftə Dövlət Departamentinin nümayəndəsi Maykl Mitçell bildirib ki, ABŞ hələlik Suriyadan bütün qoşunlarını çıxarmaq niyyətində deyil.

O, ABŞ-nin Dəməşqlə münasibətlərdə yeni mərhələyə başlamaq istədiyini qeyd edib və ölkənin Suriya üzrə nümayəndəsinin Dəməşqə gəlişini tarixi gün adlandırıb.

12:24

ABŞ Suriyadakı hərbi mövcudluğunun azaldılması çərçivəsində ölkədəki iki hərbi bazasını bağlayıb və daha birini kürdlərin "Suriya demokratik qüvvələri"nə təhvil verib.

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına Pentaqonun nümayəndəsi bildirib.

ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb. Məlumata görə, kürd qüvvələri "Mission Support Site Euphrates" hərbi bazasına nəzarət edəcək.

Qeyd edək ki, 2015-2018-ci illərdə Suriya ərazisinin kürdlərin nəzarətində olan hissəsində doqquz ABŞ hərbi bazası və üç forpost yaradılıb.

"Cebheinfo.az"