4 aptekdə nöqsanlar aşkarlanıb

4 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Bu barədə “Cebheinfo.az”-a AEM-dən məlumat verilib. 

Yoxlamalar zamanı 4 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Nigar
“Cebheinfo.az”