Hüsniyə Məhərrəmova: “Bitdi, qayıdıram Masazıra” - VİDEO

Hüsniyə Məhərrəmova: “Bitdi, qayıdıram Masazıra” - VİDEO

Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova oradakı həyatından bəhs edib. 

Yenisabah.az xəbər verir ki, aparıcı ABŞ-də sevmədiyi halı izləyiciləri ilə bölüşüb. O, yanacaqdoldurma məntəqəsində özünün maşına benzin vurması halını bəyənmədiyini vurğulayıb. 

"Amerikada hər şeydən xoşum gəlir. Bir şeydən başqa: benzini özün vurmalısan" deyə, o, bildirib.

Hüsniyə daha sonra zarafatla "Bitdi, qayıdıram Masazıra. Bu ağır mühacir həyatına artıq dözə bilmirəm" sözlərini əlavə edib.

"Cebheinfo.az"