Rusiyada əcnəbilər üçün yeni qaydalar

Rusiyada əcnəbilər üçün yeni qaydalar

Rusiya Dövlət Dumasında “Xarici vətəndaşların hüquqi statusu haqqında” Qanuna dəyişiklik müzakirə olunur.

"Cebheinfo.az" xəbər verir ki, planlaşdırılan reqlamentə əsasən, Rusiyaya xüsusi kvotalarla viza ilə gələn əcnəbi işçilərdən rus dili, tarix və qanunvericilik imtahanı tələb olunmayacaq.

Bu dəyişiklik xüsusilə qısamüddətli işləmək üçün ölkəyə gələn, klassik “qonaq işçilər” adlandırılan işçiləri əhatə edəcək.

Digər tərəfdən, nadir əcnəbi mütəxəssislərin dilə uyğunlaşma müddəti 30 gündən 90 günə qədər artırılacaq.

“Nezavisimaya”nın sözlərinə görə, hökumətin bu addımı lazımi işçi qüvvəsini daha tez təmin etmək və Rusiya iqtisadiyyatının ehtiyaclarına daha effektiv cavab vermək məqsədi daşıyır.

Bundan əlavə, ediləcək düzəlişlə Müstəqil Dövlətlər Birliyi ölkələrindən deyil, viza ilə gələn işçilərə üstünlük veriləcək.

Rəsmi statistikaya görə, 2024-cü ildə 155 minə yaxın kvota ayrılıb, ilin sonunda bu rəqəm 132 minə düşüb və kvotaların 65 faizindən çoxu istifadə olunub.

Xüsusilə Çin, Hindistan, Türkmənistan və Türkiyədən gələn işçilərin irili-xırdalı sənaye, tikinti və mədənçıxarma sektorlarında çalışdıqları bildirilir.

Hökumət, həmçinin müəyyən peşə qruplarındakı boşluğu aradan qaldırmaq üçün bu işçilərə işə başladıqdan üç ay sonra dil bilikləri sertifikatını təqdim etməyə icazə verəcək.

Bu tənzimləmə xüsusilə sosial və təhsil sektorlarında kadr çatışmazlığı səbəbindən tənqid edilmişdir. Bu məsələ ilə bağlı Dövlət Dumasında müvafiq nazirliklərin sərt tənqidlərə məruz qaldığı məlumdur.

Yeni qayda layihəsi işəgötürənlərin üzərinə əcnəbi işçilərin müqavilə müddəti başa çatdıqda ölkəyə daxil olub-olmalarını və ölkəni tərk etmələrini təmin etmək üçün məsuliyyət qoyur.

Lakin bu öhdəliklərin icrası ilə bağlı dəqiq monitorinq və sanksiyalar mexanizmi açıqlanmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"