Almaniyanın avtomobil nəhəngi çökür

Almaniyanın avtomobil nəhəngi çökür

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” digər istehsalçılarla rəqabət qabiliyyətini saxlamaq üçün dünya miqyasında əlavə 50 min iş yerini ixtisar etməyi planlaşdırır. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Reuters” agentliyi bununla bağlı xəbəri “Volkswagen” şirkətinin baş direktoru Oliver Blumenin məhdud çevrədə danışdığı mənbədən əldə edib. 

Oliver Blume bildirib ki, “Volkswagen”-in xərc rəqabət qabiliyyətinin digər şirkətlərlə eyni səviyyəyə çatdırılması məqsədilə aparılan hesablamalara əsasən təxminən 50 min iş yerini ixtisar edə bilər. Blume ixtisarların “Porsche” və “Audi” törəmə şirkətlərini də əhatə edəcəyini açıqlayıb.

O, 50 min nəfərin işdən çıxarılması barədə razılığa gəldikdən sonra şirkətin xərcləri daha da azaltmaq üçün çalışmalı olduğunu deyib. 

“Volkswagen”-in rəhbərliyi avtomobil modellərinin çeşidini kəskin şəkildə azaltmağı və istehsal gücünü daha da aşağı salmağı planlaşdırır.

Lakin Almaniya avtomobil nəhəngi səhmdarlarla gərgin danışıqlarından sonra iş yerlərinin kütləvi ixtisarını rəsmi olaraq elan etməkdən çəkinib. 

Avropanın ən böyük avtomobil istehsalçısı ən cəlbedici bazar seqmentlərinə diqqət yetirərək, qarşıdakı illərdə model növünü tədricən yarıya endirəcəyini açıqlayıb. Nəticədə, “Volkswagen”in illik istehsal gücü 9 milyon avtomobilə düşəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”