"Hərşeyşünas" Hikmət Hacıyevlə bir arada - VİDEO
"Hərşeyşünas" podkastının aparıcısı, dizayner Aynur Xəlilova Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, forumdan öncə Şuşada gəzinti zamanı Aynur Xəlilova Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir araya gəlib.
İkili arasında maraqlı söhbət baş tutub. Xəlilova Hikmət Hacıyevi qonaq qismində verilişinə dəvət edib.
"İzləyirik. Məmnuniyyətlə qonağınız olaram. "Hərşeyşünas" maraqlı konsepsiyadır. Çox cəlbedici ad seçmisiniz. Bir qədər sarkastik və satirik elementlər də var".
"Cebheinfo.az"

