"Qalatasaray" Davinson Sançes üçün İtaliya klubunun təklifini rədd edib

"Qalatasaray" Davinson Sançes üçün İtaliya klubunun təklifini rədd edib

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Davinson Sançes üçün İtaliya təmsilçisi "Komo"nun ilk təklifini rədd edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.

A Seriyası təmsilçisi 30 yaşlı müdafiəçiyə görə 25 milyon avro ödəmək istəyib. Lakin "sarı-qırmızılar" bununla razılaşmayıb. Hazırkı Türkiyə çempionu Sançes üçün 30 milyondan aşağı təklifləri dəyərləndirmək niyyətində deyil.

Xatırladaq ki, "Qalatasaray"da 121 oyuna çıxan futbolçu 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

"Cebheinfo.az"