Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb: İndi həbsdədir - KİV
İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıda bildirilib.
Qeyd olunana görə, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la görüş keçirib.
Anonim ABŞ rəsmiləri hətta MOSSAD-ın o zamankı direktoru David Barneanın Budapeştə səfər edərək, Əhmədinejadla şəxsən görüşdüyünü bildirib.
Yazıda deyilir ki, bu ilin fevralında İrana hücumlar başlayarkən, İsrail Əhmədinejadın yaşadığı yaşayış kompleksində mühafizə xidmətini və zirehli maşını hədəfə alıb. Bundan sonra isə qara rəngli avtomobil sabiq prezidenti götürərək təhlükəsiz və gizli bir yerə aparıb. Lakin bundan sonra Əhmədinejad naməlum şəraitdə həmin yeri tərk edib.
Belə ki, yazılanlara əsasən sabiq prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib.
Bu hadisədən sonra isə Əhmədinejad ilk dəfə ötən həftə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində ictimaiyyət qarşısına çıxıb.
Məlumatlı mənbələr Əhmədinejadın İsrail nümayəndələri ilə görüşünün ifşa olunduğunu və onun hazırda ev həbsində saxlanıldığını bildirib.
"Cebheinfo.az"

