Tramp: “Hörmüz boğazını ələ keçiririk”
“Biz Hörmüz boğazını ələ keçiririk. Nəzarət bizim əlimizdə olacaq. Təhlükəsizliyi təmin etmək üçün ödəniş alacağıq”.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının “Fox & Friends” proqramına telefonla verdiyi açıqlamada belə deyib.
ABŞ Prezidenti İranla razılaşmanı qarşı tərəfin pozduğunu iddia edib. Tramp Hörmüz boğazının təhlükəsizliyinə görə ABŞ-nin məsuliyyət daşıyacağını bəyan edib:
“Biz Hörmüz boğazını ələ keçiririk. Biz boğazın müdafiəçiləri olacağıq”,- deyə bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

