Keçilər şahzadəni hamının gözü qarşısında TAPDALADI - FOTOLAR
Uorvikşirdə keçirilən “Scotty's Little Soldiers” xeyriyyə festivalı zamanı Şahzadə Harrinin başına qeyri-adi bir hadisə gəlib.
Artıq məşhur olan "keçi yoqası" sessiyası zamanı heyvanlardan biri gözlənilmədən Sasseks hersoqunu tapdalayıb. 41 yaşlı şahzadə bu hadisəyə gülüşlə reaksiya verib.
Bu dərsin xüsusiyyəti odur ki, iştirakçılar yerə uzanmalıdır, keçilər isə sərbəst gəzə, onların kürəklərinə və çiyinlərinə dırmaşa bilərlər. Lakin keçilərdən biri gözlənilmədən Harrinin qasığına tullanıb. Şahzadə gülüb, sonra instinktiv olaraq qasığını əlləri ilə örtüb.
Gözlənilməz hadisəyə baxmayaraq, Harri sessiyanı davam etdirib və uşaqlarla həvəslə ünsiyyət qurdu. Keçiləri yedizdirib, sığallayıb və hətta zarafatla deyib:
"İndi keçiləri sevirsiniz, yoxsa keçi fobiyası inkişaf etdirmisiniz?"
Festival hərbi xidmət zamanı valideynlərini itirən uşaqlara kömək edən “Scotty's Little Soldiers” xeyriyyə təşkilatı tərəfindən təşkil edildi.
Xəzər
“Cebheinfo.az”

