Energetika Nazirliyi l yarımildə 7 mindən çox vətəndaş müraciəti qəbul edib

Energetika Nazirliyi l yarımildə 7 mindən çox vətəndaş müraciəti qəbul edib

Bu ilin I yarısında Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 7 326 vətəndaş müraciəti daxil olub.

Bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 1 043-ü məlumat, 6 283-ü isə icra xarakterli olub. Bunlardan 5 729-u müvafiq qaydada icra edilib, 554 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik veriliş xəttinin mühafizə zonası, kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, enerji səmərəliliyi, qəbula yazılmaq, kadr məsələləri, icazələr, təşəkkür və digər mövzuları əhatə edib.

Hesabat dövründə daxil olan müraciətlərin 4 948-i Energetika Nazirliyinin "Çağrı Mərkəzi" və "Qaynar xətt"i vasitəsilə qəbul edilib. Müraciətlərin 4 080-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlərlə bağlı olub.

Yarım il ərzində Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri 203 vətəndaşı qəbul edib.

"Cebheinfo.az"