Gəmilər Hörmüzdən keçməyə başlayıb

Gəmilər Hörmüzdən keçməyə başlayıb

İran və ABŞ arasında son gərginləşmə dalğası fonunda yük gəmiləri Hörmüz boğazından transponderləri söndürülmüş və mövqelərini ötürməyən şəkildə keçməyə başlayıb. 

“Cebheinfo.az” bu barədə "Bloomberg"-ə istinadən  xəbər verir.

Analitiklərin fikrincə, 12 iyulda boğazdan heç bir gəmi açıq şəkildə keçməyib. Lakin altı ticarət gəmisi Hörmüz boğazından transponderləri söndürülmüş halda keçib. Yük gəmilərinin sahibləri bu addımı ABŞ və İran arasında yeni gərginlik dalğası, eləcə də marşrutlara kimin nəzarət etdiyi və təhlükəsizliyini təmin etdiyi ilə bağlı qeyri-müəyyənlik fonunda atıblar.

Gəmilər sonuncu dəfə ABŞ tərəfindən təyin olunmuş cənub dəhlizindən Hörmüz boğazından açıq şəkildə keçən dəfə ötən çərşənbə günü olub. Şənbə günü bir neçə gəmi İran tərəfindən təyin olunmuş şimal marşrutu ilə keçib.
ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başladılar.

Hava zərbələri nəticəsində İranın Ali Lideri Əli Xamenei və digərləri həlak oldular. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzaladılar. 

Daha sonra memorandumun həyata keçirilməsi üçün Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqları keçirildi. Birinci raunddan sonra Qətər və Pakistanın yaydığı birgə bəyanatda qeyd edildiyi kimi, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçdi və gələcək texniki məsləhətləşmələr üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edildi.

Lakin 8 iyul gecəsi ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa etdi.

Aişə Abdulova
“Cebheinfo.az”