4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqları daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən 4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqları daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi, 60-dan çox media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkət, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakının nəzərdə tutulduğu Forum
qlobal informasiya gündəliyində aktual məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, media sahəsində yeni çağırışlara dair təcrübə və fikir mübadiləsinin aparılması baxımından mühüm platforma rolunu oynayır.
Forum çərçivəsində “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”, “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” və “Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu” mövzularında panel müzakirələr keçiriləcək.
Bununla yanaşı, “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar”, “Süni intellekt dövründə sosial media və etik çərçivələr” və “Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik” mövzularına həsr edilən təkbətək formatlı müzakirələrin,
müxtəlif paralel tədbirlərin təşkili planlaşdırılır.
"Cebheinfo.az"

