Müstəba Xameneyi atasına mərasim keçirəcək

Müstəba Xameneyi atasına mərasim keçirəcək

Tehranda mərhum Ayətullah Əli Xameneyinin anım mərasimi keçiriəcək. 

“Cebheinfo.az” xəbər verir ki, məlumatı İranın Ali Liderinin Ofisi yayıb.

Tədbir 14 iyulda Tehranda İmam Xomeyni məscidinin namaz zalında keçiriləcək.

Saat 17:00-dan 19:00-dək keçiriləcək mərasim İranın yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xameneyinin təşəbbüsü ilə təşkil olunur.

Ofisin bəyanatında Əli Xameneyinin, onun ailə üzvlərinin, İslam İnqilabının qurbanları və tərəfdarlarının vəfatı ilə bağlı başsağlığı verilib.

Təşkilatçılar bildiriblər ki, vətəndaşların mərasimdə iştirakı ölkənin gələcək kursuna dəstəyini və Əli Xameneinin siyasi irsinə sadiqliyini nümayiş etdirəcək.

Xəzər
“Cebheinfo.az”