"Çelsi"nin keçmiş sahibi vəfat etdi
İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Onun ölümünün səbəbi barədə məlumat verilmir.
"Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına, bütün ailə üzvlərinə və dostlarına səmimi-qəlbdən başsağlığı verir. Kenin çətin dövrlərdə "Çelsi" uğrunda mübarizə aparmaq və komandanı qələbələrə daşımaq əzmi heç vaxt unudulmayacaq", - deyə bəyanatda qeyd olunur.
Beyts "Çelsi"ni 1982-ci ildə cəmi 1 funt sterlinqə satın alıb. O, 20 ildən artıq müddətdə klubun sahibi olub. Bu dövr ərzində komanda iki dəfə İngiltərə Kubokunu (1997, 2000), eləcə də İngiltərə Liqa Kubokunu (1998), Kuboklar Kubokunu (1998) və UEFA Superkubokunu (1998) qazanıb. Ken Beyts 2003-cü ildə klubu Roman Abramoviçə satıb.
"Cebheinfo.az"

