Yığma komandaya “LinkedIn”lə seçilibmiş

Yığma komandaya “LinkedIn”lə seçilibmiş

Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes maraqlı açıqlama verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmaya gözlənilməz şəkildə dəvət aldığını deyib.

Belə ki, ölkə futbol assosiasiyası futbolçu ilə iş axtarış platforması olan “LinkedIn” vasitəsilə əlaqə saxlayıb. Lopes ilk mesajı portuqal dilində aldığı üçün onu “spam” hesab edib və ciddiyə almayıb.

“9 ay sonra onlar mənə yenidən yazdılar, amma bu dəfə ingilis dilində. Soruşdular ki, “Kabo-Verde millisində oynamaq barədə düşünmüsünüz?” Bundan sonra əvvəlcədən etməli olduğum işi gördüm və ilk mesajı “Google Translate” vasitəsilə tərcümə etdim. Sosial şəbəkə üzərindən əlaqə saxlamaları kifayət qədər qəribə görünürdü. Sonradan mənə izah etdilər ki, klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımdakı fürsəti anlayan kimi ilk dəqiqədən bu ideyanı dəstəklədim və lazım olan bütün sənədlərin hazırlanması üzərində işləməyə başladıq”, - o qeyd edib.

Xatırladaq ki, Kabo-Verde millisi 2026-cı il dünya çempionatının 1/16 finalında əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

"Cebheinfo.az"