Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
Rumıniya hakimiyyəti Qara dənizdə aşkar edilən beş dəniz dronunun zərərsizləşdirildiyini bildirib.
APA xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutse “Digi24” telekanalına açıqlamasında deyib.
Nazirin sözlərinə görə, aşkar edilən dronların bəzilərində partlayıcı maddə olub.
"Dənizdə məhv edilmiş dronların qalıqları aşkar edilib. Onların bəzilərində partlayıcı maddə var idi, digərlərində isə yox idi", – Mirutse bildirib.
"Cebheinfo.az"

