Günay Novruzqızına vəzifə verildi
Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
“Cebheinfo.az” Bakupost.az-a istinadla xəbər verir ki, o, qurumun Xarici Kommunikasiya şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, G.Novruzqızı daha əvvəl “Lider” və Xəzər TV-də aparıcı, “Park Bulvar” Ticarət Mərkəzində mətbuat xidmətinin rəhbəri, Aqrar Sığorta Fondunda mətbuat katibi, eləcə də Bazarstore MMC-də PR və marketinq meneceri kimi çalışıb.
“Cebheinfo.az”

