BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzalayıb
Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
“Cebheinfo.az” “Report”a istinadən xəbər verir ki, sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun" baş direktoru Filip Sandvidi imzalayıblar.
Qeyd olunub ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır.
“Cebheinfo.az”

