Sumqayıtda avtomobilin vurduğu piyadanın vəziyyəti ağırdır - FOTOLAR
Sumqayıt şəhəri Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Sumqayıtda yol-nəqliyyat hadisəsi səbəbi ilə 13 radələrində 1972-ci il təvəllüdlü qadın Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
"Müştərək travmalar diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
16:30
Sumqayıt şəhəri Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əsgər Almasovun idarə etdiyi "Opel" markalı avtomobil piyada keçidində dayanaraq piyadaya yol verən zaman, arxadan gələn Cahid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil ara məsafəsini gözləmədiyi üçün "Opel"ə çırpılıb. Zərbənin təsirindən "Opel" piyada keçidindən keçən şəxsi vurub.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
13:40
Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb.
Oxu.Az-a daxil olan məlumata görə, "Opel Astra" markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək "Toyota Land Cruiser" markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib.
İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

