Qaradağda ağır qəza: Ölən və yaralananlar var - FOTOLAR
Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.
“Qafqazinfo”nun xəbərinə görə, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

