Kürdəmirdəki tarixi neft nasos stansiyası mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər
Kürdəmir rayonunun Karrar kəndində yerləşən, 1904-cü ildə tikilmiş Bakı–Batumi neft kəmərinin ötürücü nasos stansiyası tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən tikili hazırda dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib. Lakin tikilinin tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qeydə alınıb və onun tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.
"Cebheinfo.az"

