Ana-bala birlikdə məzun oldu - FOTO
Bakıda ana və qızı birlikdə universitetdən məzun olublar.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.
Bildirilib ki, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə ADPU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisasına 389 balla qəbul olub.
Həmin il qızı Nərmin Qasımova isə BDU-nun Hüquq fakültəsinə 638,4 balla daxil olub.
Ana 40 yaşında başladığı ali təhsilini 44 yaşında bu il fərqlənmə diploma ilə bitirib.
"Cebheinfo.az"

