Biləcəridə marketdə bıçaqlanma hadisəsi baş verib
Bakının Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Hadisə qəsəbənin Əkbər Şadmanov küçəsində yerləşən “Turan” marketdə qeydə alınıb.
Məlumata görə, Binəqədi rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
"Cebheinfo.az"

