Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - VİDEO

Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşünə dair paylaşım edilib.

"Cebheinfo.az" xəbər verir ki, paylaşımda deyilir:

“Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq.

(Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüş)”.

"Cebheinfo.az"