İki motosikletçi faciəvi şəkildə öldü - Bütün yarışlar ləğv edildi
Çexiyada "Alpe Adria International Motorcycle Championship" (AAIMC) seriyası çərçivəsində keçirilən motosiklet yarışında baş verən qəza nəticəsində iki idmançı həyatını itirib.
Bu barədə Avropa Motosiklet İttifaqının (FIM Europe) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Brno şəhərində keçirilən yarış zamanı baş verib. Qəza nəticəsində 32 yaşlı avstriyalı Filipp Ştaynmayr və 43 yaşlı rumıniyalı Adrian Rus həlak olub.
Bildirilib ki, Ştaynmayr hadisə yerində dünyasını dəyişib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Adrian Rusun isə həyatını xilas etmək mümkün olmayıb.
“FIM Europe”un açıqlamasına görə, faciədən sonra həftəsonuna planlaşdırılan bütün yarışlar ləğv edilib.
"Cebheinfo.az"

