Türkiyəyə F-35 verilməsinə QARŞI ÇIXDILAR
ABŞ Konqresinin üzvləri Türkiyənin F-35 qırıcı təyyarələri proqramına qayıtmasına qarşı çıxırlar. Onlar bununqarşısını alan əsas maneənin Ankaranın Rusiya S-400 hava hücumundan müdafiə raket sistemlərinə sahib olması olduğunu bildirirlər.
“Cebheinfo.az” xəbər verir ki, məsələ ABŞ Prezidenti Donald Trampın müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyəyə qarşı CAATSA sanksiyalarının yenidən nəzərdən keçirilməsi ehtimalını söyləməsindən sonra yenidən gündəmə gəlib.
Respublikaçı Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş vurğulayıb ki, Türkiyə S-400-ləri saxladığı müddətcə Vaşinqton və Ankara arasında tam hüquqlu müdafiə əməkdaşlığının bərpası mümkün deyil.
2019-cu ildə Türkiyəyə qarşı sanksiyaların həmmüəlliflərindən biri olan demokrat senator Kris Van Hollen də oxşar mövqe bildirib. O, Rusiya sistemlərinin F-35-lərin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını və bu təyyarələrin Ankaraya köçürülməsinin ABŞ qanunlarına zidd olduğunu bildirib.
"Qanun çox aydındır: Türkiyə S-400-ə sahib olduğu müddətcə F-35 proqramında iştirak edə bilməz. Bu tələbi pozmaq üçün edilən hər hansı bir cəhd qəbuledilməzdir", - deyə Van Hollen deyib.
Bu arada, Nümayəndələr Palatasında Türkiyəyə qarşı siyasətin yumşaldılmasına qarşı müqavimət artır. Dina Titusun rəhbərlik etdiyi 18 demokrat konqresmendən ibarət qrup Konqres rəhbərliyini Ankaranın F-35 proqramına qayıtmasının qarşısını almağa çağırıb.
Bundan əlavə, respublikaçı Mayk Loler təkcə Türkiyəyə F-35 qırıcılarının satışına qarşı deyil, həm də Türkiyənin qabaqcıl KAAN qırıcı təyyarəsi üçün Amerika mühərriklərinin tədarükünə qarşı çıxmağa yönəlmiş ikipartiyalı təşəbbüsə rəhbərlik edib.
Lolerin sözlərinə görə, ən qabaqcıl Amerika döyüş təyyarələrindən birinin Türkiyəyə köçürülməsi vacib texnologiyalara təhlükə yaradacaq, ABŞ-nin və NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına zərər verəcək və mövcud qanunlarına zidd olacaq.
Xəzər
“Cebheinfo.az”

