İlham Əliyev: "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur.
Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir:
"Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük. Bu həmçinin regional sabitliyin mühüm meyarıdır, əməkdaşlığa xidmət edən meyardır".
İlham Əliyev həmçinin bağlantılar üzərində də çalışdıqlarını vurğulayıb:
"Bu həm də təhlükəsizliyin mühüm meyarıdır. Çünki burada, Şuşada beş il öncə mən və Türkiyə prezidenti Şuşa Bəyannaməsinə imza atdıq. Beləliklə, münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Biz nəinki qardaş və dostuq, biz müttəfiqik. Əgər ikimizdən birinə pis hadisə baş verərsə, biz hamımız hərbi potensialımızla qardaşımızın müdafiəsinə qalxacağıq. Bu nadir bir haldır ki, etnik köklər, ümumi mədəniyyət və ümumi ortaq tarix ölkələr üçün bu qədər siyasi baxımından yaxın olmaq platformasını yaradır. Əminəm ki, eyni dil, eyni köklərə malik olan tərəflərin belə bir platformanı yarada bilmədiyi bir çox hallar mövcuddur. Bəzən, demək olar ki, eyni dildə danışan, eyni dinə malik insanlar bir-biri ilə mübarizə aparır. Ona görə də Türkiyə və Azərbaycan nümunəsi örnəkdir və qonşular tərəfindən öyrənilməlidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təlqin edilmədir".
"Cebheinfo.az"

