“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”

“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”

“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”, - deyə dövlət başçısı bildirib.

“Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik. Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək.

Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, -  dövlət başçısı əlavə edib.

“Biz artıq Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək bizim ümumi strategiyamızın tərkib hissəsidir”.

Dövlət başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq.

"Cebheinfo.az"