İlham Əliyev: "Bunun Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyəti yoxdur"
"Azərbaycanın Fransanın dənizaşırı ərazilərdə baş verənlərə münasibətinin rəsmi Parislə ikitərəfli münasibətlərə heç bir aidiyyəti yoxdur".
"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
"Bunun bizim Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Ümid edirəm ki, mənim mesajım düzgün qəbul ediləcək və Parisdə də bu eşidiləcək. Çünki bu gün biz Fransa ilə münasibətlərimizin normallaşmasına çalışırıq. Onlar bizi tənqid edir, biz onları tənqid edirik.
Bu hücum deyil, bu işçi münasibətlərdir. İki suveren ölkə arasında. Hər iki ölkə bərabərdir. Biri digərindən heç bir məsələdə üstün deyil. Ancaq tənqid etmək və narahatlıq ifadə etmək normal məsələdir"- Prezident əlavə edib.
"Cebheinfo.az"

