Prezident: "Afrika qitəsində sülhün bərqərar olmasını arzulayırıq"
"Azərbaycan Afrika qitəsində sülhün bərqərar olmasını arzulayır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, Afrikadakı münaqişələrdə xarici müdaxilə halları mövcuddur:
"Xarici müdaxilə olmadıqda sülh daha tez bərqərar olur. Bu, həm də həmin həssas aktorların məsuliyyətindən qaynaqlanır. Bizim Afrika İttifaqının üzvləri ilə əlaqələrimiz genişlənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə 80 üzv ölkəyə humanitar yardım göndərilib. Onların böyük bir hissəsi Afrika ölkələri idi".
"Cebheinfo.az"

