İlham Əliyev: "Gündəliyimizdə rəqəmsal transformasiya və süni intellektin inkişafı da var"

İlham Əliyev: "Gündəliyimizdə rəqəmsal transformasiya və süni intellektin inkişafı da var"

Azərbaycanın qlobal gündəliyi dayanıqlı inkişafın təyin edilməsi, Qarabağın bərpası, yenidən qurulması, bu layihələrin yekunlaşdırılmasıdır.

Bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

"Onların həyata keçirilməsi nəticəsində nəqliyyat marşrutları yaradılacaq. Bizim gündəliyimizdə rəqəmsal transformasiya və süni intellektin inkişafı da var", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji resurslarına tələbat artır:

"O cümlədən bizim bərpa olunan enerji mənbələrinə tələbat artır. Bizim böyük potensialımız var. Yalnız burada, Qarabağ bölgəsində 340 meqavat su, 340 meqavat gücündə günəş elektrik stansiyalarının inşasını bitiririk. Avropa bazarlarına elektrik enerjisinin ixracı gündəliyimizdə olan əsas məsələlərdən biridir. Çünki Avropanın buna ehtiyacı var".

"Cebheinfo.az"